![]()
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Kəlbəcər rayonunda yerləşən Söyüdlü (Zod) qızıl mədənində istismar işlərinə hazırlıq prosesi ilə tanış olub. Bu barədə Subyekt.az xəbər verir ki, mədənin mövcud vəziyyəti, aparılan geoloji tədqiqatlar və infrastrukturun hazırlanması istiqamətində görülən işlər barədə ətraflı məlumatlar təqdim edilib. Zakir İbrahimov işlərin müəyyən olunmuş qrafik üzrə icrası və hazırlıq prosesi ilə bağlı müvafiq istiqamətlər üzrə məsul şəxslərə tapşırıqlar verib.

.

Subyekt.az