
Belə ki, ik vətəndaş qəbulu cari ilin 12-26 oktyabr tarixində saat 12:00-dan keçirilməsi nəzərdə tutulmuş Gəncə şəhəri, Kəlbəcər Rayon İcra Hakimiyyətində yerləşən qərargahda baş tutdu.
Uğurlu və bir o qədər də səmərəli keçən görüş ən çox seçicilərin ürəyincə oldu.
Subyekt.az dəyərli millət vəkilinin fikirlərini öz izləyicilərinə təqdim edir:
“Oktyabrın 12-də təsdiq
olunmuş qəbul qrafikimə uyğun olaraq, vətəndaş qəbulu keçirdim. Qəbul zamanı şəhid ailələri, qazilər olmaqla, ümumilikdə 50 nəfərdən çox vətəndaş iştirak edib.
Qəbulda sakinləri narahat edən mənzil, kommunal, sosial, humanitar və s. məsələlərə bağlı qaldırılan müraciətlərin bir qismi yerindəcə həll olunub, habelə digər müraciətlər nəzarətə götürülməklə həlli ilə əlaqədar müvafiq tapşırıqlar verilib.
Vətəndaş qəbuluna yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, təşkil olunmuş qəbulda iştirak edən vətəndaşlar onlara yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər”.
Onu da qeyd edək ki, Mircəlil Qasımlı növbəti günlərdə belə silsilə görüşlərin davamlı olaraq keçiriləcəyin seçicilərinə xəbər verdi.
#MilliMəclis #Kəlbəcər #MillətVəkili #MircəlilQasımlı
Subyekt.az