![]()
Toplantıların Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi olmaqla yanaşı, ölkəmizin regional və beynəlxalq tərəfdaşlıqlarının möhkəmlənməsinə, İslam maliyyə institutları ilə əməkdaşlığın genişlənməsinə, iqtisadi və investisiya potensialının tanıdılmasına mühüm töhfə verir.
Tədbirin açılış mərasimində iştirak edən və çıxış edən Prezident İlham Əliyev toxunduğu məqamlarla Azərbaycanın iqtisadi gücünü, beynəlxalq nüfuzunu və gələcəyə hesablanmış inkişaf strategiyasını bir daha nümayiş etdirdi.
Dövlət başçısı çıxışında Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərdən bəhs edərək ölkəmizin sabit inkişaf yolu ilə inamla irəlilədiyini vurğuladı. Prezident qeyd etdi ki, Azərbaycan əlverişli investisiya mühiti və güclü makroiqtisadi göstəriciləri sayəsində regionun aparıcı iqtisadi mərkəzlərindən birinə çevrilib.
Çıxışın əsas məqamlarından biri də regional əməkdaşlıq və inteqrasiya məsələsi oldu. Prezident İlham Əliyev Azərbaycanın müxtəlif regionları birləşdirən mühüm nəqliyyat və logistika qovşağına çevrildiyini vurğulayaraq dedi: “Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən etibarlı körpü rolunu oynayır.”
Enerji təhlükəsizliyi məsələsinə toxunan dövlət başçısı Azərbaycanın uzun illərdir beynəlxalq tərəfdaşları üçün etibarlı enerji təchizatçısı olduğunu qeyd etdi, yaşıl enerji sahəsində həyata keçirilən layihələrin ölkənin inkişaf gündəliyində xüsusi yer tutduğunu diqqətə çatdırdı. Prezidentin ifadə etdiyi kimi, “yaşıl enerji Azərbaycanın gələcək inkişaf prioritetlərindən biridir.”
Prezident İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə də geniş yer ayırdı. O vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzur dünyanın ən böyük yenidənqurma layihələrindən birinin həyata keçirildiyi məkanlardan biridir. Onun sözləri ilə desək, “biz azad edilmiş torpaqları yenidən qurur, insanları doğma yurdlarına qaytarırıq”. Bu proses təkcə infrastrukturun bərpası deyil, həm də sosial ədalətin və tarixi haqqın bərpasıdır.
Çıxış zamanı İslam İnkişaf Bankı ilə əməkdaşlığın əhəmiyyəti də xüsusi qeyd olundu. Cənab Prezident bildirdi ki, Azərbaycan ilə Bank arasında uzun illər ərzində formalaşmış tərəfdaşlıq enerji, infrastruktur, kənd təsərrüfatı və sosial sahələrdə mühüm layihələrin həyata keçirilməsinə imkan yaradıb. Bu əməkdaşlıq nəticəsində ölkəmizdə çoxsaylı layihələr reallaşdırılıb və yeni təşəbbüslərin icrası üçün geniş perspektivlər açılıb.
Bir daha vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın müasir inkişaf modelinin, güclü iqtisadi potensialının və beynəlxalq əməkdaşlığa sadiqliyinin növbəti təqdimatı olmaqla yanaşı, regional inteqrasiyanın, dayanıqlı inkişafın və qarşılıqlı faydalı əməkdaşlığın təşviqində Azərbaycanın mühüm rol oynayan güclü dövlət kimi mövqeyini bir daha ön plana çıxardı.
#MilliMəclis #Deputat #JaləƏliyeva
Subyekt.az