![]()
Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəkidə fəhlə ailəsində anadan olub.
Orta təhsilini Bakıda başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
Şair ədəbi yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirməklə başlayıb.
Bəxtiyar Vahabzadənin yaradıcılığında milli-mənəvi dəyərlər, vətən sevgisi və dövrün ictimai problemləri xüsusi yer tutur.
Onun “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” və “Rəqabət” əsərləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılığı və milli mövzuları ilə dərin iz qoyub