Misir nümayəndə heyəti Qəzza zolağında atəşkəs razılaşmasını müzakirə etmək üçün İsrailə gəlib. Müzakirələrdə girovların dəyişdirilməsini də ehtiva edən razılaşmanın mümkün olduğu bildirilib.
Subyekt.az Ölkə.Az-a istinadla xəbər verir ki, bu barədə “Haaretz” hərbi-siyasi mənbələrə istinadla məlumat yayıb.
İsrail nəşrinin mənbəsi bildirib ki, Türkiyə atəşkəs danışıqlarında mərkəzi rol oynayır:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzaya heyran olan bir şəxsdir. Onun İsrail və HƏMAS arasındakı danışıqlarda aktor kimi yer alması oyunun qaydalarını dəyişdirə, girovlarla bağlı razılaşma və ya Qəzzanın yenidən qurulmasını mümkün edə bilər. Bir çox cəhətdən və bu mənada ABŞ və İsrail digər qurumlardan daha çox Türkiyəyə etibar edə bilər”
Subyekt.az