![]()
Aprelin 28-də İspaniyada baş verən kütləvi elektrik kəsilməsi ölkə iqtisadiyyatına böyük zərbə vurub. İlkin hesablamalara görə, iqtisadiyyata mümkün zərər 1-4,5 milyard avro arasında dəyişə bilər.
Qranada Universitetinin iqtisadiyyat professoru Fransisko Rodrigez izah edib ki, zərər elektrik kəsilməsinin müxtəlif sənaye sahələrinə təsir dərəcəsindən asılı olaraq dəyişə bilər və ölkənin illik ÜDM-nin 0,3%-nə çata bilər.
“Enerjinin kəsilməsi bütün gün davam etsəydi, itkilər təqribən 4,5 milyard avro təşkil edəcəkdi. Lakin günortadan sonra enerji təchizatının bərpası ilə bir çox şirkətlər qismən işlərimi bərpa edə biliblər”, – o deyib.
Qeyd edək ki, İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində azı 5 nəfərin öldüyü bildirilirdi. Elektrik enerjisinin kəsilməsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət də elan edilmişdi.
Subyekt.az