![]()
ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunmuş tədbir keçirib.
Subyekt.az xəbər verir ki, Tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov, sədrin müavinləri İlqar Tağıyev və Cabbar Cabbarlı, Xidmətin şöbə və sektor rəhbərləri, həmçinin tabeli qurumların rəhbərləri də iştirak ediblər.
Tədbirin açılış hissəsində Tahir Xəlilov ölkə başçısı cənab İlham Əliyevin aprel ayının 14-də Beynəlxalq Əmək Təşkilatının sədri Jilber Hunqbonu qəbul etdiyini xüsusi olaraq vurğulayaraq BƏT-nın yaranması və fəaliyyətindən söz açıb.
Həmçinin, Xidmətin Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik sektorunun müdiri Samir Nəbiyev tabeli qurumların balansında olan təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı, o cümlədən zərərli və ağır istehsalat amillərinin təsiri və nəzarət tədbirlərinin tətbiqinin vacibliyi barəsində danışıb.
Hər il olduğu kimi, bu il də Ümumdünya Əməyin Mühafizəsi Gününə dair fərqli bir mövzu – “Əməyin Təhlükəsizliyi və Sağlamlığında inqilab: Süni İntellektin və İş Yerində Rəqəmsallaşmanın Rolu” seçilib.
O cümlədən, BƏT-nın məlumatına görə, dünyada hər gün 5-6 min insan iş yerində həlak olur və bu rəqəm hər il təxminən 10% artır. Bu cür statistikanın nisbətində Xidmət öz növbəsində iş ərazilərində baş verə biləcək təhlükə və xoşagəlməz hadisələrin qarşısını almağı, sağlam və təhlükəsiz əmək şəraitini yaxşılaşdırmağı öz öhdəliyinə götürüb.









#İriŞəhərlərinBirləşmişSuTəchizatıXidməti #ADSEA
Subyekt.az