İsmayıllı rayonunun Basqal kəndi ərazisində torpaq sürüşməsi baş verib.
Subyekt.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ikimərtəbəli tikiliyə ciddi ziyan dəyib.
Qeyd olunub ki, yol tikintisi zamanı evin yan-yörəsi qazılıb. Bundan sonra isə yolda çökmə əmələ gəlib və torpaq sürüşməsi baş verib.
“Nəticədə Mais Ağayusif oğlu Əhmədova məxsus ikimərtəbəli tikili ikiyə bölünüb. Hazırda ərazi təhlükəli vəziyyətdədir”, – deyə məlumatda bildirilir.
Subyekt.az