İsmayıllıda 10 tondan artıq çətənə kolu məhv edilib
04 Avqust 2026
1
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Xanagah kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 10 ton 135 kiloqram olan 5126 ədəd çətənə kolu məhv edilib.