Skip to content
05 Sentyabr 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Sosial
  • İşə düzələn zaman 4712 manat birdəfəlik ödəniş ediləcək?
  • Sosial

İşə düzələn zaman 4712 manat birdəfəlik ödəniş ediləcək?

03 Aprel 2024
46543
20

Loading

Kimlərə ilk dəfə işə düzələn zaman 4712 manat birdəfəlik ödəniş ediləcək? “Azərbaycanda yeni tətbiq edilən, amma nisbətən daha az müraciətin qeydə alındığı birdəfəlik ödənişlərdən biri də xüsusi kateqoriya şəxslərə işə düzələn zaman ödənilən vəsaitdir. Belə ki, mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman birdəfəlik müavinət verilməsi həyata keçirilir.
Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərdədir. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar”.
Subyekt.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Deputat qeyd edib ki, müavinətin məbləği ölkə üzrə orta aylıq əməkhaqqının beş misli qədərdir. Hazırda orta aylıq əmək haqqı 942.4 manat olduğu üçün həmin şəxs müraciət edən zaman 4712 manat müavinət ödəniləcək: “Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.
Bu zaman aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti, əmək kitabçasının surəti, Valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı. Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər.
Bir sıra müavinətlər ilə bağlı məlumatlığın nisbətən az olduğunu nəzərə alsaq belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni, hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”.

Subyekt.az

Continue Reading

Previous: İsrail Prezidenti onların ölümünə görə üzr istədi
Next: Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Arxivlər

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

Son Yazılar

  • Bu ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • ƏKBƏR QOŞALI ÖZBƏKİSTAN MƏTBUATINA DANIŞDI: “İKİ QARDAŞ ÖLKƏ BU İLİ QURUCULUQ FƏLSƏFƏSİ İLƏ YAŞAYIR”
  • Milli Məclisin sədri Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib
  • Yeni stansiya “20 Sentyabr” adlandırılacaq
  • Ədliyyə naziri Fərid Əhmədov 3 və 4 sentyabr tarixlərində Yevlax şəhərində vətəndaşları qəbul edib

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Uncategorized
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

784426860_1665142035611187_5096144435529500228_n
  • Ölkə
  • Xəbərlər

Bu ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

04 Sentyabr 2026
1
  • Dünya
  • Mədəniyyət
  • Ölkə
  • Xəbərlər

ƏKBƏR QOŞALI ÖZBƏKİSTAN MƏTBUATINA DANIŞDI: “İKİ QARDAŞ ÖLKƏ BU İLİ QURUCULUQ FƏLSƏFƏSİ İLƏ YAŞAYIR”

04 Sentyabr 2026
1esasWhatsApp Image 2026-09-04 at 18.07.31 (1)_1788531585
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026
3773831132597017629
  • Ölkə
  • Xəbərlər

Yeni stansiya “20 Sentyabr” adlandırılacaq

04 Sentyabr 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.