![]()
İran Prezidenti Məsud Pezeşkian Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirini söyləyib.
Subyekt.az “Qafqazinfo” xəbər verir ki, o, şeiri AzTV-yə müsahibəsi zamanı səsləndirib. “Şəhriyarın çox şeirləri var. Amma “Heydərbabaya salam” şeiri bizim həyatımızı özündə əks etdirir. Ona görə mən tez-tez ona müraciət edirəm”, – deyə Pezeşkian bildirib. Qeyd edək ki, İran Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana səfər edəcəyi gözlənilir.
Subyekt.az