Skip to content
18 İyul 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq.
  • Ölkə

İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq.

12 May 2024
IMG-20240512-WA0026
11

Loading

Azad edilmiş bütün ərazilərdə, o cümlədən lokal antiterror tədbirlərindən sonra suverenliyin bərpa edildiyi ərazilərdə sürətli bərpa-quruculuq işləri davam etdirilir və ilin sonunadək köç qrafikinə uyğun müvafiq yaşayış məntəqələrinə əhalinin geri qayıdışı nəzərdə tutulur.

Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Qərargahın Xankəndi şəhərində keçirilən növbəti iclasında deyib.
Dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması, o cümlədən ərazilərin milli iqtisadiyyata sürətli reinteqrasiyası və dayanıqlı inkişafının təmin olunması istiqamətində çoxşaxəli layihələrin həyata keçirildiyi bildirilib. Bununla yanaşı, Qərargah rəhbəri qeyd edib ki, görülən kompleks tədbirlər geri qayıdan əhalinin layiqli yaşayış şəraitinin yaradılmasına və rifah halının yüksəldilməsinə xidmət edir.
S.Nuriyev işğaldan azad olunmuş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu rəqəmin getdikcə artacağını diqqətə çatdıraraq, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulayıb.

Subyekt.az

Continue Reading

Previous: Azərbaycan Avropa məkanı üçün…
Next: Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Arxivlər

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

Son Yazılar

  • Rusiya 500 min nəfəri döyüşlərə göndərir – Səfərbərlik
  • Müdafiə Nazirliyindən ölən hərbçimizlə bağlı AÇIQLAMA
  • 19 İYULDA GÖZLƏNİLƏN HAVA PROQNOZU
  • “Atlas Bey” gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi ölkəmizə yola salınıb
  • Yol polisindən sürücülərə MÜRACİƏT

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

rusiya_seferberlik
  • Dünya
  • Xəbərlər

Rusiya 500 min nəfəri döyüşlərə göndərir – Səfərbərlik

18 İyul 2026
96adefe8faca9c43
  • Hadisə
  • Ölkə
  • Xəbərlər

Müdafiə Nazirliyindən ölən hərbçimizlə bağlı AÇIQLAMA

18 İyul 2026
748873702_2802391186788564_3032687820030012486_n
  • Ölkə
  • Xəbərlər

19 İYULDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

18 İyul 2026
1
  • Dünya
  • Hadisə
  • Ölkə
  • Xəbərlər

“Atlas Bey” gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi ölkəmizə yola salınıb

18 İyul 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.