Türkiyənin Niğde bölgəsində 2 gün ərzində xəbər alınmayan avtomobil ustası olan 40 yaşlı Ramazan Özkan və sevgilisi Hüsniye Yalçının (48 yaş)qətlə yetirildikləri ortaya çıxıb.
Subyekt.az Türkiyə mətbuatına istinadın xəbər verir ki, cütülük kirayə tutduqları mənzildə əlləri-ayaqları iplə bağlandıqdan sonra, çəkiclə dəfələrlə zərbəyə məruz qalaraq qətlə yetiriliblər.
Dəhşətli cinayətə görə şübhəli qismində qadının həyat yoldaşı saxlanılıb.
Qeyd edək ki, Özkanın evli və 3 uşaq atası, Yalçının da evli 4 uşağının olduğu məlum olub.
Faktla bağlı araşdırma davam etdirilir.
Subyekt.az