![]()
Quba iki gün ərzində kitabların, müəlliflərin və oxucuların görüş yerinə çevriləcək.
Azərbaycan Nəşriyyatlar Assosiasiyasının təşkilatçılığı, BP-nin sponsorluğu, Mədəniyyət Nazirliyi, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, QİAD və ADPU Quba filialının tərəfdaşlığı, QafqazTV-nin rəsmi informasiya dəstəyi ilə II Quba Kitab Sərgisi keçiriləcək. 
Sərgidə müxtəlif nəşriyyatların kitabları ilə tanış olmaq, yeni kitablar kəşf etmək, müəlliflərlə görüşmək, kitab təqdimatlarında iştirak etmək və iki gün ərzində təşkil olunacaq müxtəlif tədbirlərə qoşulmaq mümkün olacaq. 
Kitabla Qubaya gəlirik! 

Sizi də gözləyirik!
Subyekt.az