![]()
Məktəbin yaradılması Azərbaycan cəmiyyətində qızların təhsilə cəlb olunması, maariflənməsi və ictimai həyatda fəal iştirakının genişlənməsi istiqamətində mühüm tarixi addım idi.
Məktəbin tarixində Hacı Zeynalabdin Tağıyevlə yanaşı, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələri Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşovun da mühüm rolu olmuşdur. Məktəbin ilk direktoru isə tanınmış maarifçi Hənifə xanım Məlikova idi.
Bu gün Qızlar məktəbinin 125 illik tarixi Azərbaycanda qadın və qızların təhsil hüququnun, maarifçiliyin və cəmiyyətin inkişafında qadınların fəal iştirakının formalaşması yolunda atılmış mühüm addımların rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.
Subyekt.az