Skip to content
04 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • “İctimai proseslər media müstəvisində”
  • Ölkə

“İctimai proseslər media müstəvisində”

03 May 2024
WhatsApp Image 2024-05-03 at 18.49.37 (1)
7

Loading

dianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forumun açılış mərasimi baş tutub

3 may tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forum keçirilir.

Forumda açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki,  keçirilən Forum vasitəsilə Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımdan yeni bir təcrübənin əsası qoyulur. O, vurğulayıb ki, “İctimai proseslər media müstəvisində” mövzusuna həsr edilən Forum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təmin etmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, sosial dəstək proqramları, bu sahələrdə innovativ yeniliklər və s. ilə bağlı ictimaiyyətin mütəmadi məlumatlandırılmasında media mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, həssas qrupları təmsil edən şəxslərin fərdi müraciətlərinin araşdırılmasında obyektivliyin, media prinsiplərinin gözlənilməsi və məlumatların rəsmi mənbədən dəqiqləşdirilməsi də vacib məqamlardandır.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə vurğulayıb ki, ailə sirrlərinin, çətin həyat şəraitində yaşayan uşaqların hekayələrinin, şəxsi məlumatların yayımlanması qanunvericiliyin və etik prinsiplərin tələblərinin pozulmasına, bu da öz növbəsində yanlış düşüncələrin, davranış pozuntularının yaranmasına, şəxsi həyata qanunsuz müdaxilənin, hüquq pozuntularının norma kimi təbliğinə yol açır.

Erkən nikahla bağlı maarifləndirmə işlərinin vacibliyinə diqqət çəkən Milli Məclisin deputatı, Ailə, qadın və  uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ailə münasibətləri, o cümlədən qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində media ilə səmərəli iş mexanizmlərinin qurulması müvafiq proseslərə ictimai nəzarətin gücləndirilməsinə, daha effektiv nəticələrin əldə olunmasına, nümunəvi davranış modellərinin formalaşdırılmasına əhəmiyyətli töhfə verə bilər.

Qeyd edək ki, Forum “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında təşkil ediləcək panel sessiyalar ilə davam edəcək.

 

Subyekt.az

Continue Reading

Previous: Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma
Next: “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • “Bir kəndin taleyi” filminin çəkilişləri başa çatıb
  • Vəkilliyə namizədlər üçün maarifləndirici seminar təşkil olunub
  • 4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür
  • Deputat Azər Allahverənov Kürdəxanı qəsəbəsində vətəndaş qəbulu keçirib
  • İspaniyada şiddətli istilər 101 nəfərin ölümünə səbəb oldu

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

07c52918-a3a6-47ef-957c-922f3bfea268
  • Mədəniyyət
  • Ölkə
  • Xəbərlər

“Bir kəndin taleyi” filminin çəkilişləri başa çatıb

04 İyun 2026
2
  • Ölkə
  • Xəbərlər

Vəkilliyə namizədlər üçün maarifləndirici seminar təşkil olunub

04 İyun 2026
1
  • Ölkə
  • Tarixdə bu gün

4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür

04 İyun 2026
FB_IMG_1780562330627
  • Mədəniyyət
  • Ölkə
  • Sosial

Deputat Azər Allahverənov Kürdəxanı qəsəbəsində vətəndaş qəbulu keçirib

04 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.