Skip to content
22 Sentyabr 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub
  • Ölkə

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

02 May 2024
IMG-20240502-WA0021
11

Loading

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə görüşüb.

Subyekt.az imzainfo.az-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Rusiya ilə müxtəlif platformalarda əməkdaşlığı müzakirə edilib. Bir çox sahələrdə, o cümlədən humanitar istiqamətdə sıx əlaqələrin qurulduğu qeyd olunub.

Azərbaycanda 300-dən çox orta məktəbdə təhsilin rus dilində həyata keçirildiyi, Bakı Slavyan Universitetinin, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının fəaliyyət göstərdiyi bildirilib. O cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının fəaliyyəti vurğulanıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun 20 illik fəaliyyəti dövründə Azərbaycanda və ölkə hüdudlarından kənarda, həmçinin Rusiya Federasiyasında humanitar sahədə həyata keçirdiyi uğurlu layihələr xatırlanıb. Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı bərpa olunan “Azərbaycan” pavilyonunun fəaliyyəti, Fondun Rusiya nümayəndəliyinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində gördüyü işlər qeyd edilib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə may ayında Moskvada “Helikon-opera”da konsert proqramının təqdim olunacağı bildirilib.

Subyekt.az

Continue Reading

Previous: Böyük Qayıdış
Next: Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Arxivlər

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

Son Yazılar

  • 22 SENTYABRDA GÖZLƏNİLƏN HAVA PROQNOZU
  • Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri orkestri və solistləri Bakıda çıxış edəcək
  • Hərəkət iştirakçılarının nəzərinə
  • Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları
  • Vilayət Eyvazov sıra baxışı keçirib

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Uncategorized
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

818695219_1621391226025984_4475880267159924519_n
  • Ölkə
  • Xəbərlər

22 SENTYABRDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

21 Sentyabr 2026
807684049_1410973237667378_5381542137693705759_n
  • Mədəniyyət
  • Ölkə
  • Xəbərlər

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri orkestri və solistləri Bakıda çıxış edəcək

21 Sentyabr 2026
1
  • Ölkə
  • Xəbərlər

Hərəkət iştirakçılarının nəzərinə

21 Sentyabr 2026
a9656b2f-56ac-46c6-bb18-adf0b4b11845
  • Dünya
  • Mədəniyyət
  • Ölkə
  • Xəbərlər

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

21 Sentyabr 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.