![]()
3 dekabr 2024 – cü il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında Barlı qəsəbə ərazi partiya təşkilatının fəalları ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “dəyirmi masa” keçirildi. Dəyirmi masada Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova, təşkilatın əməkdaşları və Barlı kənd ərazi partiya təşkilatının fəalları iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin ömür yolundan, Azərbaycan xalqı və dövlətçiliyi tarixindəki müstəsna xidmətlərindən danışaraq bildirildi ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 21 il ötür. Tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə ərmağan etdi. Bütün varlığı ilə Azərbaycana və azərbaycançılığın inkişafına xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi. Sədr qeyd etdi ki, hər bir azərbaycanlı Ümummilli Liderin bu xidmətlərini yad edir və onun ölməz xatirəsinə dərin ehtiramını bildirir.
Çıxış edənlər – Barlı qəsəbə ərazi pariya təşkilatının sədri Nigar Məmmədli, partiya fəalı Gövhər Səfərova dahi rəhbər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən, müstəqil Azərbaycan Respublikasının yaranmasında göstərdiyi əvəzsiz xidmətlərindən danışıblar.
Sonda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib.





Subyekt.az