Skip to content
21 İyun 2025
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub
  • Ölkə

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

02 May 2024
IMG-20240502-WA0021
11

Loading

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə görüşüb.

Subyekt.az imzainfo.az-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Rusiya ilə müxtəlif platformalarda əməkdaşlığı müzakirə edilib. Bir çox sahələrdə, o cümlədən humanitar istiqamətdə sıx əlaqələrin qurulduğu qeyd olunub.

Azərbaycanda 300-dən çox orta məktəbdə təhsilin rus dilində həyata keçirildiyi, Bakı Slavyan Universitetinin, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının fəaliyyət göstərdiyi bildirilib. O cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının fəaliyyəti vurğulanıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun 20 illik fəaliyyəti dövründə Azərbaycanda və ölkə hüdudlarından kənarda, həmçinin Rusiya Federasiyasında humanitar sahədə həyata keçirdiyi uğurlu layihələr xatırlanıb. Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı bərpa olunan “Azərbaycan” pavilyonunun fəaliyyəti, Fondun Rusiya nümayəndəliyinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində gördüyü işlər qeyd edilib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə may ayında Moskvada “Helikon-opera”da konsert proqramının təqdim olunacağı bildirilib.

Subyekt.az

Continue Reading

Previous: Böyük Qayıdış
Next: Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Arxivlər

İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May    

Son Yazılar

  • “Bir nurlu sahil var hələ sabahda”
  • Bakı Avrasiya Universiteti ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
  • “Bir nurlu sahil var hələ sabahda”…
  • Ermənistanda kütləvi həbslər başladı
  • Energetika naziri Pərviz Şahbazov Qusarda vətəndaşları qəbul edib

Son şərhlər

  1. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  2. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  3. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  4. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

1
  • Mədəniyyət
  • Ölkə
  • Sosial

“Bir nurlu sahil var hələ sabahda”

21 İyun 2025
3
  • Ölkə
  • Təhsil

Bakı Avrasiya Universiteti ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

21 İyun 2025
2
  • Mədəniyyət
  • Ölkə

“Bir nurlu sahil var hələ sabahda”…

21 İyun 2025
er
  • Dünya

Ermənistanda kütləvi həbslər başladı

20 İyun 2025
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.                                    
MENU
  • Dünya
  • Xəbərlər
  • İqtisadiyyat
  • Ölkə
  • Təhsil
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Təhsil
  • Xəbərlər
  • Əlaqə