![]()
Saxa (Yakutiya) Respublikasının Xalq şairi, Türk dünyasının duyğu atlasında özünəxas yeri olan Natalya Xarlampiyevanın poetik nəfəsi Azərbaycan oxucusuna yad deyil. Onun ulus ruhuyla yoğrulmuş şeirləri illər öncə Bakıdan boylanan bir kitabın səhifələrində Azərbaycan türkcəsində yeni bir ömür qazanmışdı. Dünya Gənc Türk Yazarlar Birliyinin xətti ilə işıq üzü görən həmin nəşr, əslində, bir kitabdan ötəydi – Quzeyin ağ səssizliyi ilə Güneyin yanar könlü arasında qurulan mənəvi körpü kimiydi.
Türklərin poeziyasında qəribə bir ortaq titrəyiş, tezlik var: çölün sonsuzluğu, qaçan at nalının səsi, ocaq başında düşünən insanın tənhalığı, sevgiylə savaşın bitməz kimi görünən qarşıdurması… Natalya Xarlampiyevanın “Qobi çölündə yuxu” şeiri də məhz bu ortaq yaddaşın poetik izidir. Burada Saxa ellərinin sərt təbiəti ilə qədim türk ruhunun kövrək qatları iç-içə keçir; bir qadın könlünün dalğınlığı, bir ulusun tarixi ağrıları və insanlığın dəyişməyən yığvalı eyni tonqalın közündə qovuşur.
Oxuduğunuz bu şeir yalnız sevgi haqqındadırmı?.. – Əsla, yox! – Bu mətn həm də yaddaş haqqında, unudulmayan savaşlar, çürüyən silahlar və bütün bunların fövqündə dayanan ruhi güc haqqındadır. Bəlkə də ona görə müəllif Qobi çölünü coğrafi məkan olmaqdan çıxararaq ruhun metaforu kimi tanıdır. Burada külək də danışır, at da yaddaşa çevrilir, ox da taleyin simvoluna dönür…
Moskvada yaşayıb-yaradan tanınmış azərbaycanlı şair Afaq Şıxlının poetik çevirməsi isə bu şeirə yeni nəfəs verib. Budur, Afaq xanım çevirmənin sözlərin dil dəyişmindən irəli – duyğunun başqa bir ürəkdə yenidən doğuluşu olduğunu göstərir. Afaq xanımın çevirməsində Saxa poeziyasının buz kimi saf nəfəsi Azərbaycan türkcəsinin isti ahəngi ilə qovuşaraq yeni poetik çalarlar qazanıb.
Şeirin içindəki ağ atlı igid bizə həm qədim dastanlarımızı xatırladır, həm də çağdaş insanın itirdiyi mənəvi bütövlüyü… – İlgincdir, elə deyilmi? Sanki “Dədə Qorqud”un bozqır ruhu ilə Saxa miflərinin qar işığı eyni poetik göyüzü altında görüşür.
Silahlar torpaqda çürüyə bilər,
imperiyalar dağıla bilər,
intiqam unudula bilər –
amma insan ruhunda sevgiyə ayrılmış yer heç zaman boş qalmır. –
Bəngü qarlar ölkəsindən gələn həzin səs bizə bunu bir daha xatırladır…
Bir də, Natalya xanımın şeirindəki “Qobi” monqol səhrası olmaqdan daha çox, Türk-Turan yaddaşının metafizik çölü kimi gəldi mənə. Belə bir yerdə tonqalın yanması, ağ atlı igidin görünməsi, savaş və sevginin toqquşması təsadüfdirmi?.. Bax, bu ritorik sual və anlamda, Azərbaycan oxucusu üçün “Qobi” sözü bizdəki “Qobu” ilə səsləşir – həm səs olaraq, həm yaddaş olaraq.
“Qobu” sözü Azərbaycan türkcəsində əsasən yarğan, çuxur,
quru dərə, aşınmış torpaq sahəsi,
suyun oyduğu enişli relyef anlamlarında işlənir. Mənim doğulduğum Tovuzun Qoşa kəndində – Yeddibulaqla Qoşasu arasında Qobu adlanan müvafiq yer adı var.
Uzun sözün qısası, semantik nüvəsində – çatlamış, yarılmış, quru, sərt relyef anlayışı dayanır.
İndi baxaq “Qobi”yə…
Saxalı şair xanıməfəndinin poetik axın etdiyi Monqolustandakı ünlü Qobi səhrasının adı monqolca “Говь / Gobi” formasındadır və quraq çöl, daşlı-bozqır ərazi, bitkisiz geniş sahə
anlamlarını verir.
Göründüyü üzərə, “Qobu” ilə “Qobi” arasında həm fonetik yaxınlıq, həm də semantik yaxınlıq çox güclüdür.
Türk dillərində Qobu – Qovi/Qobi kimi keçidlər doğaldır.
Üstəlik, qədim türk və monqol dilləri yüzillərlə eyni coğrafi-mədəni arealda qarşılıqlı təsirdə olub. Bir çox relyef və çöl terminləri ortaq Altay qatına aid sayılır.
Burada daha dərin bir kulturoloji məqam da vardır:
“Qobu/Qobi” coğrafi termin olmaqdan başqa, bozqır insanının yığval yeridir. Yəni sərtlik, yalqızlıq, köç, külək, at izi, susuzluq, sonsuz üfüq… – Bunlar, çöl estetikasının qaynaqları deyilmi?..
Qobi – Turanın böyük qobusu,
yaddaşdakı izidir… – Poetik baxımdan belə də demək olar…
Dəyərli oxucular, beləliklə, Türk dünyasının uzaq Quzeyindən gələn bir duyğu nəğməsini diqqətinizə çatdırırıq.
QOBİ ÇÖLÜNDƏ YUXU
Gecədir, tonqal yanır yayın qızğın çağında,
Közlərlə oynayıram…
İşıq salır üzümə, bir də isidir məni…
Nədənsə darıxıram.
Hələ çox gəncəm, hələ çox zərifdir ürəyim,
Həyəcanla döyünür…
“Sevgi” deyilən sözdən qəribə intizarla
işıqlara bürünür…
Zaman vardı, sevgidən danışmazdı adamlar,
Salmazdılar heç yada.
Mənim qara hörüklü, qara bəxtli xalqımı
Çox əzdilər dünyada.
Deyirlər çox səbəb var sonsuz intiqam üçün
Uzunboy düşmənlərə, —
Onlar hey nifrət ilə zəhərləyib oxları,
sarılmış nizələrə.
Mənsə itmiş atımı axtarırdım dün axşam
aylı gecəyə qədər…
Birdən uzaq sahildə, ağ atının belində
göründü bir cəngavər…
O gecə söyüdlükdə, altında köhlən atı,
o boyla, o biçimlə,
Dərin və nəvazişli baxışlarla bir igid
alov yaxdı içimdə.
Lakin sabah olunca, havanı yara-yara
oxlar yağdı səmadan.
Didərək ruhumuzu, ölüm qəhqəhə çəkdi –
həsrət keçdi aradan.
İgid, hanı ağ atın – indi haraya çapır,
cilovu dişləyərək?
Oxun haraya uçur, söyləyə bilmir mənə
sərgərdan gəzən külək…
Kim çəkəcək adını? Köhləninin üstündə
görəcəyəmmi səni?
Çöldə, ocaq başında oturub ağlayıram,
yuxu aparmış məni…
İndi torpaqda çürür bir vaxtlar ölüm saçan onca qorxunc silahlar.
Amma ki, bu dünyada savaşdan daha güclü
yenilməyən sevgi var!
Bəlkə də bu səbəbdən, yuxularda gəlmişəm
mən bu Qobi düzünə, —
Qoy, “eşq” deyilən bu söz, ürəyimdə yenidən
məskən salsın özünə…
*
Гоби истиэбэр туул
Туунну истиэп. Сай ортото
Симик кутаа умайар.
Олоробун о л уот аттыгар
Туохтан эрэ олус мунчааран.
Мин эдорбин. Тунуй сурэхпин
Yopyy сибикитэ долгутар,
Таптал диэн тыл абылана
Тулабын дьиктитик сырдатар.
О, таптал тубунан саныырга
Табыгана суох куннор ууммуттэр,
Хара ес илбиэ бар дьоммун
Харааччы булкуйбут, иирдибит.
Орус унуоргу кес дьонтон
Иэстээр сылтахтаах унубут,
Остенуу батана сытыыланар,
Оргес-кылаан сулубуннэнэр.
Оттон мин бэҕэнэ киһэ
Кулунчукпун кордуу сылдьан,
Корбутум анараа кытылга
Урун аттаах уоланы.
Кини миигин одууланан
Томторго балай да турбута,
Хараҕын уотун сылаана
Мин иэдэспин итиппитэ…
Бугун эмиэ сытыы охтор
Салгыны хайыта сутрулэр,
Олух хаан иччитэ саныгыраата,
Сиргэммит ат тыбыырда, кистээтэ.
Бэҕэээ корбут уоланым,
Ханна тиийда эн урун атын,
АрБааттан урэр таллар
Ааккын тобо ааттаабаттар?
Туунну харанаҕа мунатыйа
Симик кутаа аттыгар
Олоробун суппут уйэбэ
Гоби истиэбэр. Туулбэр.
Батас, унуу ултуруйбут,
Охтор сытыйбыттар буорга.
Арай таптал суду кууьун
Кыайбатах кыргыс уйэтэ.
Ол инин Гоби истиэбэр
ит тул миэхе кэллэҕэ,
Таптал диэн тыл абыланын
Сангалыы дуунабар куттаҕа.
Əkbər Qoşalı
Subyekt.az