![]()
Subyekt.az Report.az-a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Birliki kəndində qeydə alınıb.
Məlumata görə, yüksək sürətlə hərəkət edən “BMW” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 7 nəfər ölüb, daha 1 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi üzrə istintaqa başlayıb. Bu maddə yol hərəkəti və istismar qaydalarının pozulması nəticəsində insanların ölümünə səbəb olan halları nəzərdə tutur.
Qəzada həyatını itirənlərin Yormuğanlı (Qaraçöp) bölgəsindən olan şəxslər olduğu iddia edilir.
Subyekt.az