![]()
Müsahibim 17 ildir ki, Quba Rayon şəhid Hikmət Hüseynovun adını daşıdığı 4 nömrəli humanitar fənnlər təmayüllü məktəb-liseydə ibtidai sinif müəllimi kimi çalışan Həsənova Yeganə Şahin qızıdır.
Həsənova Yeganə Şahin qızı.
05.12.1985-ci ildə Quba rayonunda zəhmətkeş bir aildə dünyaya göz açıb. 17 ildir ki H.Hüseynov adına 4-nömrəli humanitar fənnlər təmayüllü məktəb-liseydə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir.
Əlindən tutub yazı yazmağı öyrətdiyi neçə-neçə şagirdi ən tanınmış universitetlərdə tələbə adını qazanıb, uğurlara imza atıb.
Yeganə müəllim, necə oldu ki, müəllim olmağı seçdiniz? adətən, qızlar həkimliyə daha çox meyilli olurlar? Bu istək sizdə necə yarandı?
-İnsan müəllim olmur, müəllim doğulmalıdır. Bu sənətin sevgisi qanına hopub, damarlarında dolaşmalıdır. Çünki əsl müəllim şagirdinə təkcə müəllim yox yeri gələndə dost, ana, bacı olmalıdır.
Lap kiçik yaşlarımdan müəllimliyə həvəsim, sevgim olub. Hətta balaca olanda məhəlləmizdəki uşaqları yığıb onlara dərs keçirdim.
Gənc yaşınızdan artıq müəllim kimi çalışmağa başlamısız, 17 ilddir müəllimsiz bu sizi yormur ki?
-Xeyir, ildən-ilə həvəsim daha da artır. Müəllimlik sənət yox həvəsdir, əgər həvəsin varsa ildən-ilə daha da bu peşəyə bağlanırsan. Daha çox öyrənmək və öyrəndiyini öyrətmək istəyirsən.
Mən tez-tez məktəbdə olduğuma görə görürəm ki, siz necə həvəslə dərs keçirsiniz, bu sizin aldığınız o kiçik məvaciblə sizi ruhdan salmır ki? Ümumiyyətlə, müəllim maaşa görə dərs keçməlidir, yoxsa peşəsini, şagirdlərini sevdiyinə görə?
-Madiyyat önəmlidir. Lakin madiyyatı düşünüb dərs keçmək düzgün fikir deyil. Əsil müəllim sinifə daxil olduğunda madiyyatı unudur. Yalnız şagirdlərini və biliyini ön sıraya qoyur.
Öyrətmən sözündə “öyrət” var, öyrətmədiyiniz nəsə qalırmı şagirdlərinizə? Əlbəttə ki, söhbət biliyinizidən, təhslinizdən gedir.
Məsələn, elə müəllimlər var ki, hər şeyi öyrətmir şagirdlərinə.
-Əgər bir müəllim vicdanla, ləyaqətlə müəllim adını daşıyırsa bildiyi hər nə varsa ortaya qoymalıdır. Hansı şagirdin o bilikdən nə qədər pay götürəcəyi öz fərasətinə qalır.
Həkimlər Hippokrata and içib həkimliyə başlayır.
Müəllimlər nəyə ya da kimə and içirlər?
-“Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsil alanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm”.

Firəngiz Sabirqızı. Azərbaycan Yazıçlar Birliyinin üzvü, Prezident təqaüdçüsü.
Subyekt.az