2 oktyabr saat 14:00-dan etibarən Suraxanı rayonunda Zığ şossesinin (beton yol) “MİDA“ Yaşayış Kompleksi avtomobil yolu istiqamətində, “MİDA” yaşayış kompleksinin avtomobil yolunda, həmçinin “MİDA” Yaşayış Kompleksindən Zığ şossesinə, hava limanı istiqamətinə çıxış yolunda təmir işləri aparılacaq.
Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.