![]()
Quba Rayon Polis Şöbəsinin əməkdaşları Çinarlı kənd tam orta məktəbində şagirdlərlə görüş keçiriblər.
Görüşdə narkotik vasitələrdən istifadənin doğurduğu təhlükələr, erkən nikahın yeniyetmələrin təhsilinə və gələcəyinə mənfi təsirləri barədə məlumat verilib. Şagirdlərə zərərli vərdişlərdən uzaq durmaları və hüquqi məsuliyyət məsələləri ilə bağlı tövsiyələr çatdırılıb.
Tədbirdə Quba RPŞ-nin rəisi polis polkovniki Mehman Əliyev də iştirak edib.
Həmçinin Polis Akademiyasına qəbul şərtləri, təhsil imkanları və polis peşəsi barədə məlumat verilib.
Sonda şagirdlərin sualları cavablandırılıb və onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Subyekt.az