– Vətən yaxşıdır !?
– Yox, vətən yaxşı deyil, vətən candır, vətən nəfəsdir, vətən məndir, kimlikdir !
– İnsanın vətəni haradır?
– Dünyaya göz açdığı, ilk qədəmlərini qoyduğu, havasını udub suyundan içdiyi yer insanın ruhuna hopur, Sonra dünyanın harasına getsə də o yer insanı çəkir, xəyallarının,arzularının mərkəzinə çevrilir. Bax, ora VƏTƏNDİR!
Kəlbəcər də bizim doğulduğumuz yer, vətən içində vətənimizdir. Övladlarının vəfasızlığına 30 il dözüb, sonra onları şan-şan olmuş bağrına basan, ilıq nəfəsilə isidən ecazkar ana yurdum.
2 aprel 1993 və 25 noyabr 2020. Rəqəmləri qədər fərqli hissləri bizə yaşadan iki tarix. Bütün Kəlbəcərlilərin taleyində önəmli iz qoyan təqvimdən iki gün. Biri qəlbimizi paramparça edən,biri yaralarımıza məlhəm tarixlər.
Birinci də tarixdir, keçmişdir,dərsdir,əsla unutmaq olmaz. İkinci də tarixdir, dərsdir, həm də möhtəşəmdir, bu gündür, gələcəkdir, sevincdir….
Və bu özəl tarixi bizlərə ərmağan edənlər var.
Cənab Prezident, Ali Baş Komandan və Azərbaycan ordusunun torpaq, vətən həsrətimizə son qoyan qəhrəman oğulları. Var olun, haqqınızı halal edin haqq savaşçıları.
Hər şey üçün çox sağ olun möhtərəm Prezidentimiz!
Dayağı xalq olanı heç kim və heç nə sarsıda, yıxa bilməz. Sizə, siyasətinizə, mərdanəliyinizə, hər zaman doğru qərarlar verəcəyinizə inanıb bu xalq və yanılmayıb.
Bu günləri ki bizə – yurd – yuvasından perik düşənlərə yaşatdınız, var olun, qalib olun həmişə.
Öz adımdan, bütün Kəlbəcərlilər adından, vətən içində vətənsiz qalanlar adından sonsuz hörmət və ehtiramımı bildirirəm.
Hər zaman, hər addımda sizinlə birlikdəyik!
Haqqını halal et, əsgərim, qazim!
Haqqını halal et, ruhu önündə təzim etdiyim Şəhidim!
Özəl günümüzdür bu tarix- 25 noyabr 2020 ci il.
Bütün Kəlbəcərliləri tək – tək təbrik edirəm!
Qaldı təzədən qurulan, abadlaşan obamızda yurd salmaq, torpaqda yenidən kök atmaq, yaşamaq.
GÜNÜMÜZ MÜBARƏK!
Vəsilə CƏFƏROVA
Kəlbəcər rayonu 49 nömrəli tam orta məktəbin direktoru
#Kəlbəcər #TarixdəBuGün #25Noyabr
Subyekt.az