![]()
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almaq istəyində olan yuxarı sinif şagirdləri və onların valideynləri ilə Lənkəran Şəhər Rayon Polis Şöbəsində görüş təşkil olunub.
Çıxış edən ŞRPŞ-nin rəisi polis polkovniki Azər Cahangirov Polis Akademiyasında təhsil, qəbul qaydaları və kursant həyatı, burada tətbiq olunan tədris proqramları, praktiki hazırlıq mərhələləri barədə dolğun məlumatlar verib.
Qeyd edilib ki, bu görüşlər şagirdlərin gələcək karyera seçimində düzgün istiqamətləndirilməsinə və polis sıralarına layiqli namizədlərin hazırlanmasına töhfə verir.

.

Subyekt.az