![]()
#AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli sentyabrın 25-də
Hacıqabul və
Şirvan şəhərlərindən olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.
Görüş zamanı vətəndaşların avtomobil yollarının mövcud vəziyyəti, təmir və yenidənqurma işləri, həmçinin məşğulluq məsələləri ilə bağlı müraciətləri dinlənilib.
Qəbul zamanı vətəndaşların avtomobil yolları və yol infrastrukturu ilə bağlı müraciətləri və təklifləri aidiyyəti üzrə nəzərdən keçirilib. Qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Subyekt.az