![]()
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb.
BDU-dan Subyekt.az AZƏRTAC-a istinadən bildirilib ki, liseyin şagirdləri Ayan Abbasova, Yusif İbrahimzadə, Elman Kərimli, Suad Məmmədzadə qızıl, Cabir Abbasov və Emilya Ağayeva isə gümüş nişanla təltif olunublar. Onların adları məktəbin “Şərəf kitabı”na yazılacaq.
Subyekt.az