Screenshot
![]()
1 may 2026-cı il tarixində Gəncə şəhərində regionlarda hematoloji xidmətin təkmilləşdirilməsi məqsədilə hematologiya üzrə elmi-praktik konfrans təşkil olunub. Tədbir Mərkəzi Hematologiya və Transfuziologiya Mərkəzi (MHTM) və Novartis şirkətinin təşkilatçılığı ilə baş tutub.
Konfransda hematologiya sahəsində müasir yanaşmalar, diaqnostika və müalicə metodlarının təkmilləşdirilməsi, eləcə də regionlarda xidmət keyfiyyətinin yüksəldilməsi məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində “Hemofiliya müalicəsində innovasion yanaşma” mövzusunda təqdimatla çıxış etmək üçün dəvət aldığımı və bu elmi müzakirələrdə iştirak etdiyimi bildirir, konfransın təşkilatçılarına təşəkkürümü ifadə edirəm.
Konfransın məqsədi hematologiya sahəsində yeni elmi biliklərin paylaşılması, təcrübə mübadiləsinin aparılması və regionlarda tibbi xidmətlərin inkişafına töhfə vermək olub.











Subyekt.az