Skip to content
03 Sentyabr 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • “Gələcək üçün bacarıqlar” layihəsi
  • Ölkə

“Gələcək üçün bacarıqlar” layihəsi

05 May 2024
IMG-20240505-WA0059
4

Loading

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən “Yeni üfüqlər, böyük fürsətlər” tədbiri keçirilib.

Mərkəzin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində baş tutan tədbirində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyə Cümhuriyyətinin Bilişim Vadisinin direktoru Erkam Tüzgen, layihənin mentorları, startap komandaları, müxtəlif dövlət, özəl qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində görülmüş işlərə, hazırkı gedişata dair təqdimat edilib. Sonra startap layihələrinin tanıdılması, investorların cəlb edilməsi məqsədilə ASAN TV vasitəsilə yayımlanacaq verilişə dair videoçarx, eyni zamanda “Bilişim Vadisi” ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramının təqdimatı nümayiş olunub.

İlkin mərhələdə inkubasiya proqramı üçün qeydiyyatdan keçmiş 47 komandadan 30 komanda seçilib. İkinci mərhələdə “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi” tərəfindən təyin olunmuş hakim heyətinin qiymətləndirməsinə əsasən 10 komanda 6 aylıq inkubasiya proqramında iştirak hüququ qazanıb.

​​“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyaların inkişafı üçün tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsi əsas hədəflərdir.

Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə “Mentorluq proqramı”nı və mentorların iştirakı ilə tələbələrin öz ideyalarından startaplar formalaşdırmaları üzrə iki “İnkubasiya proqramı”nı əhatə edib.

​​Ümumilikdə layihəyə 2000-dən çox tələbənin 181 startap ideyası təqdim olunub. Bu çərçivədə universitetlərdə mentor kimi hazırlanmış 130-dan çox müəllimin dəstəyi ilə 98 startap komandası formalaşdırılıb. Layihənin rəsmi bağlanış tədbirində ümumi inkubasiya proqramlarının yekunu olaraq formalaşdırılan 19 startap komandası layihələrini təqdim edib və münsiflər heyəti tərəfindən qiymətləndirilən 3 komanda müvafiq olaraq mükafatlandırılıb.

Subyekt.az

Continue Reading

Previous: “Bakı marafonu 2024” start götürüb
Next: Birinci Turoperatorlar Forumunun yekun bəyanatı

Arxivlər

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

Son Yazılar

  • Ceyhun Bayramov ilə Litva Respublikasının xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub
  • FHN-nin Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib
  • ATƏT-in nümayəndəsi: Mina əleyhinə fəaliyyətə ekoloji məsələlərin inteqrasiyası da vacibdir
  • ABŞ-də dizelin qiyməti 4 ilin maksimumuna yüksəlib
  • “AzərEnerji” Çin şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Uncategorized
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

1
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Ceyhun Bayramov ilə Litva Respublikasının xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub

03 Sentyabr 2026
FHN
  • Ölkə
  • Xəbərlər

FHN-nin Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

03 Sentyabr 2026
ATƏT in nümayəndəsi
  • Dünya
  • Ölkə
  • Xəbərlər

ATƏT-in nümayəndəsi: Mina əleyhinə fəaliyyətə ekoloji məsələlərin inteqrasiyası da vacibdir

03 Sentyabr 2026
ABŞ dizelin qiyməti
  • Dünya
  • Xəbərlər

ABŞ-də dizelin qiyməti 4 ilin maksimumuna yüksəlib

03 Sentyabr 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.