![]()
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 2026-cı ilin avqust ayında şəhər və rayonlarda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulları çərçivəsində Kəlbəcər şəhərində sakinlərlə görüş keçiriləcək.
Qəbul 28 avqust 2026-cı il tarixində saat 10:00-da Kəlbəcər şəhərində təşkil olunacaq. Görüşdə Kəlbəcər və Laçın rayonlarının sakinləri iştirak edə biləcəklər.
Vətəndaşların müraciətlərinin dinlənilməsi, onları narahat edən məsələlərin aidiyyəti üzrə araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədi daşıyan qəbul dövlət idarəçiliyində vətəndaş məmnunluğunun və müraciətlərə operativ baxılmasının təmin edilməsinə xidmət edir.
Qəbula yazılmaq istəyən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə müraciət edə bilərlər.
Əlaqə telefonları:
+994 12 512 00 61
+994 12 512 00 28
+994 12 512 01 14
Elektron poçt: info@fhn.gov.az
Qeyd edək ki, vətəndaş qəbulları müəyyən edilmiş tarixlərdə saat 10:00-da başlayır.
Subyekt.az