![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa iyunun 19-da Məclisdə növbəti vətəndaş qəbulunu keçirib. Qəbul zamanı vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri tərəfindən sosial, hüquqi və müxtəlif sahələr üzrə qaldırılan məsələlər dinlənilib.
Subyekt.az xəbər verir ki, Səsləndirilən problemlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə uyğunprofilli dövlət qurumlarına məktub göndəriləcəyi müraciət müəlliflərinin diqqətinə çatdırılıb.
Komitə sədri vətəndaş cəmiyyəti institutları təmsilçilərinin, yaradıcı insanların, ümumən vətəndaşların müraciətlərinə həssas yanaşılmasının vacibliyini vurğulayaraq, qaldırılan məsələlərin icra durumunun nəzarətdə saxlanılacağını bildirib.
#MilliMəclis #FazilMustafa #VətəndaşQəbulu
Subyekt.az