![]()
26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakı şəhərinin Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulunu keçirib.
Subyekt.az xəbər verir ki, Sülh küçəsi 35 ünvanında təşkil olunan qəbulda seçicilərlə yanaşı, digər rayonlardan müraciət edən vətəndaşlar da iştirak ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, qaldırılan məsələlər ətraflı müzakirə olunub və müvafiq izahatlar verilib. Müraciətlər əsasən məşğulluq, sosial müdafiə, əmlak, əfv və digər məsələlərlə bağlı olub.
Qaldırılan problemlərin bir qismi yerindəcə həllini tapıb. Əlavə araşdırma tələb edən müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, məsələlərin həlli istiqamətində aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə işlərinin aparılacağı bildirilib.
Deputat vətəndaş müraciətlərinin araşdırılmasının, eləcə də onların həlli istiqamətində görüləcək tədbirlərin diqqətdə saxlanılacağını vurğulayıb.
Subyekt.az