![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Sabunçu rayonunun Bakıxanov qəsəbəsində iyun ayı üzrə növbəti vətəndaş qəbulunu keçirib.
Subyekt.az xəbər verir ki, Sakinlərlə fərdi qəbul şəraitində baş tutan görüşdə hər bir müraciətə xüsusi diqqətlə yanaşılıb. Qəbul zamanı vətəndaşlar tərəfindən əsasən sağlamlıq problemləri, əlillik dərəcəsinin təyini, sosial təminat, məşğulluq, təhsil və miqrasiya ilə bağlı məsələlər qaldırılıb.
Sakinlərin şikayət, xahiş və təklifləri dinlənildikdən sonra bir sıra problemlərlə bağlı yerindəcə hüquqi və struktur aspektlərin izahı verilib, bəzi məsələlərin operativ həlli istiqamətində konkret addımlar müəyyənləşdirilib.
Araşdırılması zaman tələb edən digər müraciətlər isə Millət vəkili tərəfindən nəzarətə götürülüb. Həmin məsələlərin qanunvericiliyə uyğun şəkildə həlli məqsədilə aidiyyatı mərkəzi və yerli icra hakimiyyəti orqanlarına rəsmi sorğuların göndəriləcəyi və zəruri tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.
Fazil Mustafa vətəndaş müraciətlərinin daim diqqət mərkəzində saxlanılacağını, qaldırılan məsələlərin aidiyyəti qurumlarla koordinasiyalı şəkildə diqqətdə saxlanılacağını və vətəndaşların üzləşdiyi problemlərin həllinə yönəlik fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.
#MilliMəclis #MillətVəkili #FazilMustafa #VətəndaşQəbulu
Subyekt.az