![]()
Vəkil Rəşad Vaqifoğlu jurnalist Əvəz Zeynallının vəfatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Subyekt.az xəbər verir ki, vəkil Rəşad Vaqifoğlu şəxsi sosial şəbəkə hesabında jurnalist Əvəz Zeynallının vəfat etdiyini bildirib.
Rəşad Vaqifoğlu paylaşımında Əvəz Zeynallıya ehtiramını ifadə edərək onunla bağlı duyğularını bölüşüb:
“Əvəz Zeynallı vəfat etdi. Ruhun şad olsun, əziz dost, əziz qardaş!!!”
Qeyd edək ki, Əvəz Zeynallı uzun illər jurnalistika sahəsində fəaliyyət göstərib və ictimai-siyasi mövzulara dair yazıları və çıxışları ilə tanınıb.
Subyekt.az kollektivi Əvəz Zeynallının ailəsinə, yaxınlarına, həmkarlarına və dostlarına dərin hüznlə başsağlığı verir.
Subyekt.az