![]()
Jurnalist, “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının II Fəxri xiyabanda dəfn olunması ilə bağlı müraciət edilib.
Bu barədə Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı sosial şəbəkə hesabında paylaşım edərək müvafiq qurumlara müraciət ünvanlayıb.
Müraciətdə Əvəz Zeynallının II Fəxri xiyabanda dəfn olunması ilə bağlı ailənin istəyinin nəzərə alınması xahiş edilir.
Ailənin müraciəti ilə bağlı hazırda aidiyyəti qurumlardan cavab gözlənilir.
Qeyd edək ki, Əvəz Zeynallının səhhətinin ağırlaşması barədə məlumat sentyabrın 28-də yayılıb. Bundan əvvəl onun uzun müddət davam edən müalicə prosesi barədə də məlumatlar dərc olunmuşdu. Sentyabrın 22-də isə jurnalistin əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu həyat yoldaşı Məlahət Zeynallının açıqlamasına istinadən bildirilib.
Subyekt.az