
Ermənilər niyə ölkəni tərk edir? – Paşinyan SƏBƏBİNİ AÇIQLADI
“1990-cı illərin əvvəllərindən biz hey miqrasiya haqqında danışırıq və müxtəlif səbəblər gətiririk: hüquqi, sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmaması.
Bunların hamısı doğrudur, lakin onlar uzağı səbəblərin 20%-dir”.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
“Gəlin açıq etiraf edək ki, əsas səbəb bizim dövlətlərlə münaqişəli münasibətlərimiz, regional siyasətimizdir”, – deyə o, qeyd edib.
Subyekt.az