Skip to content
28 İyul 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • Ərdoğanın nümayəndəsi İrəvana gedir – Zəngəzur planı işə düşdü
  • Ölkə

Ərdoğanın nümayəndəsi İrəvana gedir – Zəngəzur planı işə düşdü

22 Mart 2024
0611fb53159774159432bd07a15cc465
1

Loading

Türkiyənin Ermənistanla münasibətlər üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvana səfər edəcək.

Subyekt.az Musavat.com-a istinadən xəbər verir ki, Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan Serdar Kılıçın növbəti görüşün İrəvanda keçirilməsi haqda təklifini qəbul edib.

Erməni türkoloq Tiran Lokmaqyozyan hesab edir ki, Kılıç Ermənistana gəlirsə, bu, danışıqlar üçün gündəmin olduğu deməkdir: “Görünür, müəyyən razılaşmalar var. Bu təhlükəlidir. Türkiyə Azərbaycanın gündəliyindən çıxış edir və Ermənistanı bunu qəbul etməyə məcbur edirlər”.

İrəvan dövlət universitetinin şərqşünaslıq fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan da hesab edir ki, Türkiyə nümayəndəsi Ermənistana diktə etmək üçün gəlir.

“Ermənistan-Türkiyə təmasları intensivləşib, çünki Ermənistan hakimiyyəti tələb olunan ilkin şərtləri yerinə yetirdi. Əgər Zəngəzur dəhlizi ilə bağlı yayılan məlumatlara inansaq (Zəngəzur dəhlizinin Kalininqrad təcrübəsinə uyğun açılması-red), vəziyyətin bizim üçün ürəkaçan olmadığı məlumdur. Ermənistan və onun hökuməti məğlub olub, Türkiyənin tələblərinə müqavimət göstərmək imkanı yoxdur, ona görə danışıqlar Ankaranın diktəsi ilə gedir. Düşünürəm ki, Kılıç İrəvanda şərtlər irəli sürəcək. Təbii ki, bu həm də Azərbaycanın tələbləridir”, – o deyib.

Tiran Lokmaqyozyan isə Serdar Kılıçın Zəngəzur bölgəsinə səfər edəcəyini istisna etmir.

“Bu səfər simvolik ola bilər. Onların istəyi dəhlizdir, amma artıq bütün Süniki (Zəngəzur-red) istəyirlər. Böyük müharibə olmasa, bütün Ermənistanı verməyəcəklər. Təxminən 10 min kvadratkilometr ərazimiz qalacaq. Hazırda Sünik təhlükədədir, əsas oyun da bu bölgədə gedir”, – o iddia edib.

Subyekt.az

Continue Reading

Previous: “Bu kəndlərdən sonra Zəngəzur təhvil veriləcək” – Erməni polkovnik
Next: Şuşa həbsxanası TARİXƏ QOVUŞUR

Arxivlər

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

Son Yazılar

  • Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq
  • Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
  • Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Xalq Nümayəndələri Palatasının sədri Tagasse Çaffo ilə görüşüb
  • Tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlanıb
  • Milli Məclisin sədri Efiopiyaya rəsmi səfərə gəlib

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

752488574_1626183799507011_5621519416428254938_n
  • Ölkə
  • Xəbərlər

Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

28 İyul 2026
756768150_1064358523211262_316356501783893904_n
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

28 İyul 2026
PHOTO-2026-07-28-20-36-39_1785259305
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Xalq Nümayəndələri Palatasının sədri Tagasse Çaffo ilə görüşüb

28 İyul 2026
1
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlanıb

28 İyul 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.