![]()
Tanınmış şair, söz və ədəbiyyat adamı Elşən Əzim Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir Bölməsinin sədri vəzifəsinə təyin edilib.
Bu təyinat ölkənin ədəbi ictimaiyyəti tərəfindən mədəni həyat üçün əlamətdar hadisə kimi dəyərləndirilir. Uzun illərdir zəngin yaradıcılığı, poeziyaya verdiyi töhfələr və ədəbi proseslərdə fəal iştirakı ilə seçilən Elşən Əzim bundan sonra Mingəçevirin ədəbi mühitinin inkişafına rəhbərlik edəcək.
Bu münasibətlə Elşən Əzim səmimi-qəlbdən təbrik olunur, ona yeni vəzifəsində möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, uğurlu layihələr və yeni ədəbi nailiyyətlər arzulayırıq.
İnanırıq ki, onun zəngin yaradıcılıq təcrübəsi, sözə və milli ədəbiyyata sonsuz bağlılığı, yüksək təşkilatçılıq bacarığı Mingəçevir şəhərinin ədəbi mühitinin daha da canlanmasına, gənc qələm sahiblərinin üzə çıxmasına və milli-mənəvi dəyərlərimizin təbliğinə mühüm töhfələr verəcək.
Əminik ki, Elşən Əzimin rəhbərliyi dövründə Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir Bölməsi yeni layihələr, ədəbi tədbirlər və yaradıcılıq təşəbbüsləri ilə diqqət mərkəzində olacaq, bölgədə ədəbi həyatın inkişafına yeni nəfəs gətirəcək.
Elşən müəllimə bu məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar, qələminə daim qüvvət, sözünə dəyər, ömrünə isə bərəkət arzulayırıq. Qoy qarşıdakı illər onun həm yaradıcılıq, həm də ictimai fəaliyyət salnaməsinə yeni və parlaq səhifələr əlavə etsin.
Bir daha Elşən Əzimi yeni vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir, fəaliyyətində böyük uğurlar və davamlı nailiyyətlər diləyirik.
Rövşən Hüseynli
Subyekt.az