![]()
Bu gün Azərbaycan ictimai-siyasi və mədəni həyatında özünəməxsus yeri, fəaliyyəti və xidmətləri ilə seçilən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın doğum günüdür.
Bu əlamətdar gün münasibətilə Leyla xanımı səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, tükənməz enerji və həyata keçirdiyi bütün nəcib missiyalarda yeni-yeni uğurlar arzulayıram.
Leyla xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti, humanitar layihələri, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində göstərdiyi ardıcıl xidmətlər, eyni zamanda Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılması sahəsində gördüyü mühüm işlər cəmiyyət tərəfindən yüksək dəyərləndirilir. Onun təşəbbüsü ilə həyata keçirilən sosial, mədəni və ekoloji layihələr insan amilinə verilən yüksək dəyərin, mərhəmət və xeyirxahlıq fəlsəfəsinin bariz nümunəsidir.
Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, milli dəyərlərimizin dünyada layiqincə təbliği, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına yönəlmiş təşəbbüslər, eləcə də humanizm prinsiplərinə söykənən çoxşaxəli fəaliyyəti Leyla xanım Əliyevanı cəmiyyətin böyük rəğbət və ehtiram bəslədiyi şəxsiyyətlərdən birinə çevirmişdir.
İnanıram ki, bundan sonra da həyata keçirdiyi nəcib və məqsədyönlü layihələr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin yaşadılmasına, cəmiyyətimizin sosial rifahının yüksəldilməsinə və ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfələr verməyə davam edəcəkdir.
Leyla xanımı doğum günü münasibətilə bir daha ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, firavan həyat və bütün fəaliyyət istiqamətlərində davamlı nailiyyətlər arzulayıram.
Doğum gününüz mübarək!
Rövşən Hüseynli
Subyekt.az