![]()
Bakı, Abşeron və Sumqayıtın bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 11-də Yasamalda Transformator Məntəqəsində (TM), Abşeron rayonunda TM və elektrik yarımstansiyasında, Sumqayıtda isə 10 kV-luq hava xəttində təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, İsmayıl Talıblı, Ümid Əkbərov, Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Abşeron RETSİ ərazisində yerləşən Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi yerlərində saat 09:30-dan 17:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq. Həmçinin planlı fasilə saat 10:00-dan 17:00-dək Xırdalan şəhəri Həsən Əliyev və Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçələri, eləcə də Ceyranbatan gölünün yuxarı ərazisini, Yeni Saray yolunun sol və sağ hissələrini əhatə edəcək.
Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan Ceyranbatan Elektrik Şəbəkəsində də təmir işləri həyata keçiriləcək. Beləliklə, Saray qəsəbəsində Məhərrəm Seyidov və Zərifə Əliyeva küçələri, Yeni Saray yaşayış massivi, Saray postu ətrafının bir sıra hissələrində saat 10:00-dan 15:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Subyekt.az