
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası öz işini aprel ayında da davam etdirəcək. Bu barədə Komissiyanın üzvü Rəşad Məcid məlumat verib. O bildirib ki, bu il üçün 4 iclas keçirilməsinə baxmayaraq, hələ də baxılmamış müraciətlər var: “Çox güman ki, Əfv Məsələləri Komissiyası may ayının əvvəllərində öz işlərini yekunlaşdıracaq. Bundan sonra sənədlər cənab Prezidentə təqdim olunacaq”, – deyə, R. Məcid əlavə edib. Komissiya üzvü, həmçinin qeyd edib ki, həmin 4 iclasda 400-ə yaxın müraciətə baxılıb, qərarlar qəbul olunub.
Subyekt.az