![]()
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli ümumi müzakirələrində çıxışı zamanı Venesuela ilə əldə olunan neft razılaşmasından danışıb.
Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, Tramp bunu indiyədək bağlanmış ən böyük razılaşmalardan biri adlandırıb.
“ABŞ və Venesuelanı birlikdə götürdükdə dünya neftinin 60 faizindən çoxuna sahibik. Bu, indiyədək bağlanmış ən böyük razılaşmadır”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp Venesueladakı əməliyyatların ABŞ-nin Qərb yarımkürəsində Amerikaya qarşı təhdidlərin möhkəmlənməsinə imkan verməyəcəyinin sübutu olduğunu deyib. O, Vaşinqtonun həyati milli maraqlarını qorumaq üçün zərurət yaranacağı təqdirdə hərbi gücdən istifadə edəcəyini vurğulayıb.
Subyekt.az