Azərbaycanlı şagird Türkiyədə keçirilən imtahanda ən yüksək nəticə göstərib.
Minlərlə şagirdin iştirak etdiyi YÖS (Yabancı uyruklu öğrenci sınavı – Xarici tələbə imtahanı) imtahanında azərbaycanlı şagird 1-ci yeri qazanıb.
Subyekt.az Xəzər TV-yə istinadən bildirir ki, Türkiyədə keçirilən və 10 minə yaxın şagirdin qatıldığı imtahanda dünya üzrə yeganə 500 tam balı Gülcan Niftəli yığıb. Nəticə onun üçün gözlənilməz olsa da, Gülcan Niftəli hədəfinin hər zaman yüksək olduğunu və özünə inandığını deyir: “Bəlkə də, anam həkim olduğu üçün ondan ilhamlanaraq bu peşəni seçdim”.
Subyekt.az