Skip to content
18 Aprel 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı
  • Ölkə

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı

13 Mart 2024
65f04cb40aca7-_4ilkowM3AoFCRd
1

Loading

Sosial şəbəkələrdə dezinformasiyalar yayımlanır​

Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanmış və vətəndaşlarımız arasında narahatlığa səbəb olmuşdur.

Reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur.

Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapmış, xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər və onların Azərbaycan Respublikası ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.

Həmçinin eyniadlı “Telegram” səhifəsində yerləşdirilmiş, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin 12.03.2024-cü il tarixində çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilmiş, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb edilmişdir.

Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bildiririk.

Subyekt.az

Continue Reading

Previous: İrəvanda “9-cu bənd” xofu – “Azərbaycanın hücumu qaçılmazdır” təlaşı
Next: İşğaldan azad olunmuş Kəlbəcərin qəsəbə və kəndləri — SİYAHI

Arxivlər

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    

Son Yazılar

  • Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
  • Türkiyədə məktəbdə daha bir faciə: İki şagird öldü
  • “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qubada ağacəkmə aksiyası keçirilib
  • Fövqəladə Hallar Nazirliyinin bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti
  • Tatlar kəndinin qəhrəman oğlu: 18 aprel şəhid Faiq Firuddin oğlu Məmmədovun anım günüdür

Son şərhlər

  1. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  2. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  3. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  4. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

670502209_18126476896599110_8168076966662842013_n
  • Tarixdə bu gün

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

18 Aprel 2026
1551429
  • Dünya
  • Hadisə

Türkiyədə məktəbdə daha bir faciə: İki şagird öldü

18 Aprel 2026
3
  • Ölkə

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qubada ağacəkmə aksiyası keçirilib

18 Aprel 2026
1
  • Ölkə

Fövqəladə Hallar Nazirliyinin bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciəti

18 Aprel 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.                                    
MENU
  • Dünya
  • Xəbərlər
  • İqtisadiyyat
  • Ölkə
  • Təhsil
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Təhsil
  • Xəbərlər
  • Əlaqə