![]()
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyində kadr təyinatı olub.
Subyekt.az xəbər verir ki, Agentliyin sədri Səbuhi Sadıqovun müvafiq əmri ilə Əhməd Rövşən oğlu Talıbov Dövlət Ehtiyatları Agentliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.
1989-cu ildə anadan olan Əhməd Talıbov 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2014-cü ildə isə həmin universitetin “Maliyyə” ixtisası üzrə magistr təhsilini başa vurub.
Əmək fəaliyyətinə 2012-ci ildə başlayan Əhməd Talıbov 2012–2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş Dövlət Sosial Təminat Xidmətinin (hazırda Sosial Xidmətlər Agentliyi) Maliyyə-təsərrüfat şöbəsində çalışıb.
2013–2017-ci illərdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
2017–2023-cü illərdə “Prime Cotton” Məhdud Məsuliyyətli Cəmiyyətində maliyyə kuratoru, şöbə müdiri, baş maliyyə direktorunun müavini və maliyyə direktoru vəzifələrini icra edib.
2023–2026-cı illərdə isə Dövlət Ehtiyatları Agentliyinin Strateji planlama və maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.
2026-cı il noyabrın 20-də Agentliyin Aparat rəhbəri vəzifəsinə təyin olunan Əhməd Talıbovun maliyyə və idarəetmə sahəsində zəngin iş təcrübəsi var.
Ailəlidir, bir övladı var.
Subyekt.az