![]()
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 30-da Naxçıvanda keçirilən “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” adlı konfransa hörmətli həmkarım Fazil Mustafayla mən də dəvət edilmişdik. Mənim çıxışım Semyuel Hantinqtonun demokratiya dalğası adlandırdığı 3 mərhələli dövlət quruculuğu proseslərində dinin oyandığı daha çox müsbət rol, dördüncü dalğa zamanı isə böyük təhlükələr vəd etməsi haqda idi. Çünki postsekulyarizm dövürü kimi dəyərləndirilən indiki dördüncü dalğa dönəmində Yeni Dini Hərakatlar(New Religious Movement) adı altında sektaçılığın tətbiqi ilə harada yerləşməsindən asılı olmayaraq bütün dövlətlər hədəfə alınıb. Yəni qərb fundamentalizminin qlobalizm dediyi nəsnə- belə demək mümkünsə, millisizləşdirmə, soysuzlaşdırma, dəyərsizləşdirmə, lidersizləşdirmə və dövlətsizləşdirmə planı ilk növbədə məhz həmən Yeni Dini Hərakatlar vasitəsilə həyata keçirilməyə çalışılır.
Sahib Aliyev





Subyekt.az