![]()
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov avqustun 4-də saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (Ünvan: Qusar şəhəri, Mirzə Vəliyev küçəsi, 5) Qusar, Quba, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.
Qəbul zamanı Qusar, Quba, Xaçmaz və Şabran rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.
Subyekt.az