Skip to content
05 Sentyabr 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı
  • Ölkə

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı

13 Mart 2024
65f04cb40aca7-_4ilkowM3AoFCRd
1

Loading

Sosial şəbəkələrdə dezinformasiyalar yayımlanır​

Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanmış və vətəndaşlarımız arasında narahatlığa səbəb olmuşdur.

Reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur.

Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapmış, xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər və onların Azərbaycan Respublikası ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.

Həmçinin eyniadlı “Telegram” səhifəsində yerləşdirilmiş, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin 12.03.2024-cü il tarixində çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilmiş, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb edilmişdir.

Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bildiririk.

Subyekt.az

Continue Reading

Previous: İrəvanda “9-cu bənd” xofu – “Azərbaycanın hücumu qaçılmazdır” təlaşı
Next: İşğaldan azad olunmuş Kəlbəcərin qəsəbə və kəndləri — SİYAHI

Arxivlər

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

Son Yazılar

  • Bu ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • ƏKBƏR QOŞALI ÖZBƏKİSTAN MƏTBUATINA DANIŞDI: “İKİ QARDAŞ ÖLKƏ BU İLİ QURUCULUQ FƏLSƏFƏSİ İLƏ YAŞAYIR”
  • Milli Məclisin sədri Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib
  • Yeni stansiya “20 Sentyabr” adlandırılacaq
  • Ədliyyə naziri Fərid Əhmədov 3 və 4 sentyabr tarixlərində Yevlax şəhərində vətəndaşları qəbul edib

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Uncategorized
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

784426860_1665142035611187_5096144435529500228_n
  • Ölkə
  • Xəbərlər

Bu ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

04 Sentyabr 2026
1
  • Dünya
  • Mədəniyyət
  • Ölkə
  • Xəbərlər

ƏKBƏR QOŞALI ÖZBƏKİSTAN MƏTBUATINA DANIŞDI: “İKİ QARDAŞ ÖLKƏ BU İLİ QURUCULUQ FƏLSƏFƏSİ İLƏ YAŞAYIR”

04 Sentyabr 2026
1esasWhatsApp Image 2026-09-04 at 18.07.31 (1)_1788531585
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026
3773831132597017629
  • Ölkə
  • Xəbərlər

Yeni stansiya “20 Sentyabr” adlandırılacaq

04 Sentyabr 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.