![]()
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov avqustun 3-də Kəlbəcər və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.
Subyekt.az xəbər verir ki, qəbul saat 11:00-da Kəlbəcər şəhərində yerləşən DOST Mərkəzində keçiriləcək.
Bildirilib ki, qəbul Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə aid məsələləri əhatə edəcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlardan əvvəlcədən Dövlət Komitəsinin Şərqi Zəngəzur regional bölməsinə müraciət etmələri xahiş olunur.
Əlaqə vasitələri:
– Telefon: (021) 275 52 00
– Mobil: (050) 888 39 98
– Elektron poçt: chairman@scara.gov.az
– Elektron poçt: dk-zengezur@scara.gov.az
Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə keçirilən vətəndaş qəbulları vətəndaş müraciətlərinə operativ baxılmasının təmin edilməsi, dövlət-vətəndaş münasibətlərində səmərəliliyin artırılması və yerli problemlərin çevik həllinə xidmət edir.

Subyekt.az